Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında keçirilən yarışa rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla, ümumilikdə, 8 komanda qatılıb. İştirakçılar poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma və 2000 metr məsafəyə kross qaçışı üzrə mübarizə aparıblar.
Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşdirilib. Yekun nəticələrə əsasən Babək rayon komandası qalib adına layiq görülüb. Müvafiq ardıcıllıqla Şərur və Kəngərli rayonlarının komandaları isə ikinci və üçüncü yerin sahibi olublar.
İlk üçlükdə qərarlaşan komandalar və fərdi göstəricilərə görə fərqlənən iştirakçılar diplom və fəxri fərmanla mükafatlandırılıb.
Qeyd edək ki, Babək rayon komandası Azərbaycan Respublikası birinciliyində Naxçıvan Muxtar Respublikasını təmsil edəcək.