Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə idman yarışlarının rayon mərhələləri başa çatıb.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq və rayon çempionunu aşkar etməkdən ibarət olub.Komandalar poliatlon çoxnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbara atmaq, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçış üzrə mübarizə aparıblar.
Sonda qalib komandalara diplomlar təqdim edilib.
Xatırladaq ki, rayon məktəbləri üzrə birinci yeri tutan komandalar Muxtar Respublika birinciliyində mübarizəyə qoşulacaq.