Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan inşa yazı müsabiqəsi keçirilib

    Bu gün Ordubad Rayon ümumtəhsil məktəbliləri arasında  26 fevral Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalı faciəsi şagirdlərin gözü ilə” mövsusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub.

   

Yeniyetmələr arasında təşkil olunan müsabiqənin məqsədi gələcək nəsillərə erməni vəhşiliklərini çatdırmaq, Xocalı soyqırımını dünyaya tanıtmaq və soyqırım qurbanlarının haqqlarını müdadiə etməkdir.

    Qeyd edək ki, qaliblər diplomla mükafatlandırılacaq. İnşa yazıları münsiflər tərəfindən yoxlanılıb, qaliblər müəyyənləşdikdən sonra 24 fevral 2022-ci il tarixində diplomların təqdimat mərasimi keçiriləcək.