Yeni tədris ilinin başlaması ilə əlaqədar hərbi rəhbərlərə sıra baxışı keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində yeni tədris ilinin başlaması ilə əlaqədar hərbi rəhbərlərə sıra baxışı keçirilib.

Şöbənin zabiti baş leytenant Elnur Yaqubov bildirib ki, Gənclərin Çağırışaqədərki Hazırlığı Vətənpərvərlik tərbiyəsi, Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Bu mənada "Gənclərin Çağırışaqədərki Hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin  üzərinə düşən məsuliyyət danılmazdır.

Qeyd olunub ki, sıra baxışında məqsəd hərbi geyim formalarının daşınması qaydalarına, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışlarına düzgün əməl olunmasıdır.

Daha sonra mövzu ətrafında söhbətlər aparılmış, ”Gənclərin Çağırışaqədərki Hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin sualları cavablandırılmış, müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.